İdman zamanı ürəyi yormamaq üçün 6 əsas qayda

  • 2023.05.08 17:04
  • 1416 Baxış
İdman zamanı ürəyi yormamaq üçün  6 əsas qayda
Kardioloqların fikrincə, intensiv olaraq idmanla məşğul olmaq ürəyə zərər verə bilər.

“Medicina” xəbər verir ki, amma bu 6 qaydaya əməl etməklə, ürəyi qorumaq olar.

1.İdmanla məşğul olarkən mütləq su için.

İdmanla məşğul olduqda tər çox ifraz olunur. Bununla da orqanizmdə su və minderal çatışmazlığı yaranır. Bu səbəbdən məşq arasında və ya sonrasında kifayət qədər su içmək lazımdır.

2. Hər gün minimum 10 min addım atın.

Gündəlik atılan 10 min addım ürək sağlamlığı üçün çox əhəmiyyətlidir. 10 min addım qan damarlarının sərtləşməsinin qarşısını ala bilər, qan damarlarının təzyiqini və xolesterol səviyyəsini aşağı sala bilər.

3.Nəbzinizi nəzarətdə saxlayın.

İdman edərkən ürək döyüntüsünü nəzarət altında saxlamaq da vacibdir. Çünki ürək döyüntüsü başgicəllənmə, tarazlığın pozulması, huşunu itirmək kimi problemlər yarana bilər.

4. Əgər belə hallar baş verərsə, idmanla qətiyyən məşğul olmayın.

İdman zamanı döş qəfəsində narahatlıq, qeyri-adi nəfəs darlığı, ürək döyüntüsü və ya baş gicəllənməsi kimi şikayətlər varsa, məşqlərə davam etməyin. Xüsusilə sinə ağrısı infarktın ən əhəmiyyətli əlaməti olduğundan, vaxt itirmədən kardioloqa müraciət etmək önəmlidir.

5. Səhər tezdən idman etməkdən çəkinin.

Səhər ilk üç saat ərzində idmanla məşğul olmaq faydalı deyil. Bu vaxtlarda adrenalin hormonunun ən yüksək səviyyəsi damarlarda laxtalanmaya səbəb olur, nəticədə qan təzyiqi yüksəlir və ürək ritmi sürətlənir.

6. Çox isti və ya çox soyuq havada idman etməyin.

İsti havalarda, həddindən artıq tərləmə səbəbiylə damarlarda qan miqdarı azala, nəticədə təzyiq düşə bilər. İdman soyuq havada qan təzyiqini də poza bilər, sinə ağrısı və ya infarkt riski artır.

Aygün Musayeva