Məşqdən sonra düzgün qidalanma əzələlərin bərpası və yorğunluğun azalması üçün vacibdir.
Medicina.az xəbər verir ki, Top Santé mütəxəssislərin tövsiyələrinə əsasən məşqdən sonra istifadə edilə biləcək 5 qidanı açıqlayıb.
Siyahıya şokoladlı süd, skyr və ya yunan yoqurtu, yağlı balıqlar, qovrulmuş noxud, banan və qoz-fındıq daxildir.
Mütəxəssislər məşqdən sonra zülal və karbohidrat qəbul etməyi tövsiyə edirlər. Bu qidalar əzələlərin bərpasına, enerji ehtiyatlarının yenilənməsinə və yorğunluğun azalmasına kömək edə bilər.
Xüsusilə somon, sardina və skumbriya kimi yağlı balıqlar zülal və omeqa-3, banan isə sürətli enerji mənbəyi kimi göstərilir.
Xanım,
Medicina.az