İki ağzı və iki dili olan uşaq doğuldu

  • 2020.05.29 14:50
  • 1824 Baxış
İki ağzı və iki dili olan uşaq doğuldu

ABŞ-da iki ağzı olan qız uşağı dünyaya gəlib.


Medicina.az xəbər verir ki, uşaqdakı anomaliya artıq ana bətnində ikən üzə çıxıb. Hamiləlik zamanı edilən ultrasəs müayinə zamanı çənə sümüyündə artıq kütlə müşahidə olunub. Lakin mütəxəssislər bunun uşağın əlavə ağzı ola biləcəyini təxmin etməyiblər.

Uşaq dünyaya gələndən sonra məlum olub ki, onun ikinci ağzı var. Təxminən bir santimetrlik bu ağza balaca çənə, hələ çıxmamış dişlər və əsas dilin hərəkətlərini təkrarlayan ikinci dil də var.