İki ayda 2417 boşanma - Azərbaycanda

  • 2021.04.14 16:01
  • 1037 Baxış
İki ayda  2417 boşanma  -  Azərbaycanda

Bu ilin yanvar-fevral aylarında qeydə alınan boşanma və nikah hallarının sayı açıqlanıb.

Medicina.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, həmin müddətdə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 5 672 nikah və 2 417 boşanma halları qeydə alınıb.

Əhalinin hər 1000 nəfərinə nikahların sayı 3,5, boşanmaların sayı isə 1,5 olub.