Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İki əməliyyatla boyunu 24 sm uzatdı - İNANILMAZ

  • 2025.07.18 08:30
  • 79 Baxış
İki əməliyyatla boyunu 24 sm uzatdı  - İNANILMAZ


Almaniya sakini Leon Otremba boyundan narazı olduğu üçün ayaqlarını 24 sm uzatmaq məqsədilə iki dəfə əməliyyat keçirib.



“Medicina” xəbər verir ki, Leon boyuna görə depressiyaya düşdüyündən riskli və ağrılı prosedurlara razılaşıb. İki il ərzində 24 sm böyüməsinə baxmayaraq, əməliyyatlardan sonra onu şiddətli ağrılar müşayiət edib və bu ağrılar hələ də tam keçməyib.


İlk əməliyyat 2023-cü ildə baş tutub. Həkimlər Leonun bud sümüklərini metal çubuqlar və xarici fiksatorlar vasitəsilə 10 sm uzadıblar. Bu proses zamanı hər gün struktura 1 mm-lik sıxılma tətbiq olunub. Bu mərhələdə Leon 6 ay əlil arabasında hərəkət etməyə məcbur olub.

İkinci əməliyyat isə 2025-ci ilin əvvəlində keçirilib. Bu dəfə baldır sümükləri daxili mexanizm vasitəsilə tədricən uzadılıb. Sağalma prosesi yenə də aylarla davam edib və Leon yeriməyi yenidən öyrənmək məcburiyyətində qalıb.


Leon Otremba etiraf edib ki, bütün bu çətinliklərə və ağrılara baxmayaraq, əməliyyatlar ona özünə inamını geri qaytarıb. O həmçinin əlavə edib ki, gələcəkdə yenidən əməliyyat olunmaq fikrini də istisna etmir, çünki daha da ucaboy olmaq istəyir.

Aygün Musayeva