Çil sandığınız ləkələr qorxunc xəstəliyin əlaməti ola bilər

  • 2018.03.26 13:26
  • 24816 Baxış
Çil sandığınız ləkələr qorxunc xəstəliyin əlaməti ola bilər
Dəri günəş şüalarına həddindən çox məruz qaldığında üzdə qəhvəyi rəngdə ləkələr yaradır. Bu ləkələr isə bəzi xəstəliklərin əlaməti ola bilər.


Medicina.az hekimtap.az-a istinadən xəbər verir ki, türkiyəli dermatoloq İnci Mevlitoğlu, üzdəki ləkələrin hormonal səbəblərdən, genetik xəstəliklər, dərmanların əks təsirləri zamanı meydana çıxa biləcəyini bildirib.


Ləkələrin xəstəliyin əlaməti ola biləcəyini bildirən Mevlitoğlu, ləkələrə diaqnoz qoyulmasının vacib olduğunu vurğulayıb: "Ləkələr 1 mm-dən başlayaraq bir neçə sm-ə qədər müxtəlif ölçülərdə ola bilər.Uşaqlıqdan etibarən yaz aylarında artan bu ləkələr çil olaraq adlandırılır. Sarışın, qızıl saçlı və ağ dəriyə sahib olanlarda daha çox müşahidə edilir. Əgər ləkələr daha sonra  irəli yaşlarda və günəş şüası təsiri ilə  ortaya çıxıbsa bunlara günəş ləkəsi adı verilir. Günəş ləkələri ən təhlükəli dəri xərçəngindən biri olan melanom inkişafı cəhətdən mütəmadi olaraq nəzarət altına alınmalıdır”.


Ləkələr Melazma xəstəliyinin də göstəricisi ola bilər. Bu xəstəlik genetik xarakter daşıyır. Mütəxəssislər qadınlarda daha çox müşahidə edildiyini bildiriblər.


Melazmanın inkişafında hamiləlik, hamiləlikdən qoruyan dərmanlar, günəş şüaları vacib faktordur. Hamiləliyin 3cü ayından sonra müşahidə edilə bilər.


Həmçinin qaraciyər, öd yolu, tiroid xəstəlikləri, hormonal səbəblər də melazmaya yol açır. Melazma zamanı tiroid funksiyalarının pozuntuları normadan 3-4 qat daha çox rastlanır.


Müalicəsi isə səbr tələb edən çətin xəstəlikdir.


Həkim, xəstəliyin tez-tez təkrarlana biləcəyini bildirib. 


Tətbiq olunan müalicələrlə dəri daha həssas olur. Həmçinin müalicə ilə yanaşı çətir və şlyapa ilə də qoruyucu tədbirlər görülməlidir.


Qeyd edək ki, allerjik reaksiyalar, müxtəlif dəri xəstəlikləri, dərmanların əks təsirləri də dəridə piqment ləkələrin çox yaranmasına yol açır.


Həmçinin antibiotiklər, epilepsiya dərmanları da  piqmentlərə yol aça bilər.