“İlan oğlan” insanlardan qaçır – Nadir xəstəliyin müalicəsi yoxdur

  • 2020.01.15 18:16
  • 4516 Baxış
“İlan oğlan” insanlardan qaçır  – Nadir xəstəliyin müalicəsi yoxdur

Bədən dərisi qaşınan, quru, ilan dərisi kimi qabıqla örtülən 11 yaşlı oğlanı yaşadığı ərazidə “ilan adam” deyə tanıyıb, çağırırlar.

Medicina.az xəbər verir ki, Hindistanın Orissa ştatında yaşayan oğlan 600 min insanda bir rast gəlinən Lamelyar ixtioz sindromundan əziyyət çəkir.

Uşaq hər bir saatdan bir çimir, bədəninə krem və yağlar çəkməlidir.
Anormal quruluq səbəbindən o rahat gəzə bilmir.

İnsanların ona ilan deyib göstərməsi isə cəmiyyətdən uzaq gəzməsinə səbəb olub.

Xəstəliyin tam müalicəsi yoxdur, lakin simptomları bəzi preparatlarla yüngülləşdirmək olar. Lakin uşağın ailəsinin müalicəyə imkanı çatmır.

Uşaq həm özü, həm də ata-anası bu lənətə gəlmiş xəstəliyə görə əziyyət çəkir, əzabın nə vaxtsa bitəcəyinə ümid edirlər.