Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İlan sancan oğlan ölümdən belə xilas edildi

  • 2025.06.03 15:44
  • 373 Baxış
İlan sancan oğlan ölümdən belə xilas edildi

Qaxda zəhərli ilanın sancdığı 20 yaşlı gənc ölümcül vəziyyətdə Bakıya çatdırılıb.

"Medicina" xəbər verir ki, 22 may 2025-ci il tarixində 20 yaşlı şəxs ilan sancması səbəbi ilə Qax rayonundan kəskin ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalixasiya olunub. Xəstəyə ilan zəhəri ilə zəhərlənmə, ekzotoksik şok diaqnozları qoyulub. Dərhal zəruri müalicə prosedurları başladılıb, ilan zəhəri əleyhinə zərdab vurulub.

Həyat əlamətləri kifayət qədər aşağı olan xəstəyə Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov, həkim-toksikoloqlar İnarə Ağabalayeva və Lalə İsgəndərova tərəfindən müalicə tədbirləri görülüb. Nəticədə xəstənin səhhətində müsbət dinamika müşahidə edilib. Hazırda pasiyentin vəziyyəti stabildir və həyati təhlükəsi geridə qalıb.

Toksikologiya şöbəsində müalicəsi davam etdirilən pasiyentin yaxın günlərdə ambulator müalicə üçün evə buraxılması planlaşdırılır.

MEDİCİNA.AZ