İlham Əliyevdən vaksinasiyanın başlaması ilə bağlı AÇIQLAMA

  • 2020.12.18 14:37
  • 1646 Baxış
İlham Əliyevdən vaksinasiyanın başlaması ilə bağlı AÇIQLAMA
Azərbaycanda koronavirusa qarşı vaksinasiya proqramına gələn ilin əvvəlindən başlaması planlaşdırılır.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev MDB dövlət başçılarının video-konfrans formatında keçirilən sammitində çıxışında deyib.

Prezident peyvəndlənmənin könüllü olacağını, dövlət hesabına aparılacağını bildirib.

Dövlət başçısı vaksinasiyaya dair strategiyanın hazırlandığını qeyd edib.