İlk doz vaksinin qoruyuculuğu yoxdur - Rəşad Mahmudov

  • 2021.08.30 14:45
  • 1462 Baxış
İlk doz vaksinin qoruyuculuğu yoxdur -  Rəşad Mahmudov
“Koronavirus dalğasının növbəti mərhələsindəyik. Bu dövr ərzində vurdurduğumuz ilkdoz və təkdoz peyvəndlər bizi təhlükələrdən qorumur. Sayıqlığı əldən verməməliyik, gigiyenik qaydalara, karantin şərtlərinə əməl etməliyik, arxayınçılığa əsasımız yoxdur! Unutmayaq ki, arzuolunan müsbət nəticələr ikidozu tamamlanmış, üzərindən iki həftə keçmiş insanlar üçün keçərlidir”.

Medicina.az xəbər verir ki, bu sözləri Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov bildirib:

“Mərkəzi Gömrük Hospitalında aparılan ilkin statistik analizlər və müşahidələrimizə görə, müalicə alan xəstələr arasında vaksin vurdurmuş xəstələr olsa da, həyatını itirənlər arasında iki doz vaksin olunmuş xəstə olmayıb.

İkinci doz vaksin almış və reanimasiya düşmüş xəstə sayı 1 nəfər olub. O da sonradan tam sağalmış və məlum olmuşdur ki, xəstə qospitalizasiya olmamışdan əvvəl ev şəraitində dekzametazon istifadə edib.

Ən az iki doz vaksin olunmuş, kovidə yoluxmuş xəstələrimiz, ev şəraitində tövsiyə olunmayan dərmanlar qəbul etməsəniz, həyatınız üçün heç bir təhlükə olmadığına əmin olun, tam arxayınlıqla virusa qalib gələcəyinizə inanın.

Ölkəmizdə tətbiq olunan bütün növ vaksinlər etibarlı qoruyucular, immunitetimizi bu virusla mübarizədə lazımı səviyyəyə qaldıran dünya tərəfindən qəbul edilmiş preparatlardırlar”.