İlk vaksin 101 yaşlı qadına vuruldu

  • 2020.12.26 21:57
  • 1884 Baxış
İlk vaksin 101 yaşlı qadına vuruldu
Almaniyada koronavirus əleyhinə ilk peyvənd Saksoniya-Anhalt federal ərazisindəki qocalar evində yaşayan 101 yaşlı qadına vurulub.

Medicina.az xəbər verir ki, daha sonra qocalar evinin digər sakinləri, eləcə də işçi heyət peyvənd olunub.


Qeyd edək ki, bu gün Biontech/Pfizer vaksininin ilk partiyası Almaniyaya gətirilib. Şimali Reyn-Vestfaliyanın rəhbəri Armin Laşetin sözlərinə görə, bu partiya 16 federal ərazi arasında bərabər bölünəcək.

Almaniya Səhiyyə Nazirliyinin qəbul etdiyi milli plana əsasən, ölkə üzrə peyvəndləmə dekabrın 27-də başlanacaq. İlk növbədə 80 yaşdan yuxarı insanlar, qocalar evlərinin işçiləri və orada yaşayanlar, həmçinin risk zonasında hesab olunan tibb heyəti peyvəndlənəcək.