İlon Mask ikinci dəfə kovidə yoluxdu

  • 2022.03.29 16:07
  • 1238 Baxış
İlon Mask ikinci dəfə kovidə    yoluxdu


“Tesla” və “SpaceX” şirkətlərinə rəhbərlik edən amerikalı sahibkar İlon Mask yenidən koronavirusa yoluxduğunu açıqlayıb.


“Deyəsən, yenidən yoluxmuşam. Amma indiyə qədər heç bir simptom yoxdur”, - deyə o, bazar ertəsi “Twitter” hesabında yazıb.

Qeyd edək ki, dünyanın ən varlı adamı ilk dəfə ötən ilin noyabrında COVID-ə tutulub.