İmmunitet sertifikatının vaxtı çoxdan bitənlər nə etməlidir?

  • 2022.02.16 16:25
  • 1344 Baxış
İmmunitet sertifikatının vaxtı çoxdan bitənlər nə etməlidir?
İmmunitet sertifikatının müddəti çoxdan bitmiş şəxslər də yalnız bir doza vaksin olunacaqlar.

Bu barədə TƏBİB-dən məlumat verilib. Bildirilib ki, koronavirusa yoluxub immunitet sertifikatı əldə edən, lakin bu sertifikatın etibarlılıq müddətindən 6 aydan sonra vaksin olunmayan şəxslər üçün də yalnız bir – “buster” doza peyvənd kifayətdir.

Qeyd edək ki, yoluxma tarixindən 6 ay sonra “buster” doza vurularsa, “İmmunitet sertifikatı” müddətsiz təqdim olunur. “İmmunitet sertifikatı” koronavirusa yoluxduqdan sonra yaranan immun cavabı təsdiq edir. COVID-19 xəstəliyini keçirmiş və rəsmi qeydiyyata düşmüş şəxslər “İmmunitet sertifikatı” əldə edə bilərlər.


İmmunitet sertifikatının vaxtı çoxdan bitənlər nə etməlidir?