Türkiyədə İstanbulda arıqlamaq istəyən 21 yaşlı qadın 13 santimetr uzunluğunda diş fırçasını udub.
Medicina.az xəbər verir ki, İstanbulda arıqlamaq üçün qusmağa çalışan 21 yaşlı qadın 13 santimetr uzunluğunda diş fırçasını udub. Diş fırçasının qida borusu və mədəsinə zərər vermə riski səbəbindən həkimlər tez bir zamanda əməliyyat qərarı veriblər.
Endoskopiya əvəzinə gənc qadın birbaşa cərrahi müdaxilə edilib və tibb dünyasını heyrətləndirən uğurlu 30 dəqiqəlik əməliyyatla sağlamlığını bərpa edib.
Qeyd edək ki, arıqlamaq üçün sağlamlığına laqeyd qalan 21 yaşlı qadın qusmağa çalışarkən barmağı əvəzinə diş fırçasını salıb. Nəticədə fırçanı udub.
Hadisədən sonra şok içində yemək yedi və şiddətli ağrı hiss etməyə başladı. Vəziyyətini görən ailəsi onu təcili olaraq Kanuni Sultan Süleyman Təlim və Araşdırma Xəstəxanasına apardı və orada müalicə üçün yerləşdirildi.
Aygün
Medicina.az