"İnanmayanlar yoluxanların necə əziyyət çəkdiyini gedib görə bilər" - Əməkdar artist

  • 2021.08.31 11:27
  • 1436 Baxış
"İnanmayanlar yoluxanların necə əziyyət çəkdiyini gedib görə bilər" -  Əməkdar artist
Əməkdar artist Mehriban Xanlarovanın ailəsinə ağır itki üz verib.

Medicina.az xəbər verir ki, aktrisanın qardaşının həyat yoldaşı vəfat edib.

Bu haqda Xanlarova özü məlumat verib:

"Qardaşımın həyat yoldaşı yoluxmuşdu və peyvənd olunmadığı üçün xəstəliyi çox ağır keçirərək dünyanısını dəyişdi. Kim COVID-19 virusunun olduğuna inanmırsa, xəstəxanalara gedib öz gözü ilə bu xəstəliyə yoluxanların necə əziyyət çəkdiklərini görə bilər".