İngilis və Hindistan ştammının birləşdiyi koronavirus aşkarlandı

  • 2021.05.29 15:21
  • 1859 Baxış
İngilis və Hindistan ştammının birləşdiyi koronavirus  aşkarlandı
Vyetnamda Səhiyyə Nazirliyi yeni koronavirus növünün aşkarlandığını elan edib.

Medicina.az xəbər verir ki, bu növ özündə həm İngilis, həm də Hindistan variantlarına xas olan mutasiyaları birləşdirir.

“VnExpress”in məlumatına görə, nazir Nguyen Thanh Long yeni ştammın artan infeksionluğundan, havada sürətlə ötürülməsindən danışıb. Bu, ölkədə koronavirus infeksiyası hallarının sürətlə artmasının səbəbi kimi görünür.

Qeyd edək ki, aprel ayının sonunda orada yeni bir dalğa başlamışdı.