İngiltərə üçüncü lokdauna keçir – Evdən çıxmaq olmaz

  • 2021.01.05 15:11
  • 1216 Baxış
İngiltərə üçüncü lokdauna keçir  – Evdən çıxmaq olmaz

Britaniyanın baş naziri Boris Conson ölkədə üçüncü böyük, milli lokdauna keçmək barədə qərar qəbul edib.

Medicina.az xəbər verir ki, 5 yanvardan etibarən küçəyə yalnız market, aptek və həkim üçün çıxmaq olar. Bütün iş yerləri, təhsil distansion rejimə keçir.

Karantin fevralın ortasına qədər nəzərdə tutulub.


Baş nazirin bu addıma getməsinin səbəbi yeni mutant formanın yayılması və üçüncü dalğa ilə əlaqədardır.