İngiltərədə 79 uşağın qaraciyəri eyni vaxtda sıradan çıxıb - Səbəbi araşdırılır

  • 15 Apr 2022 15:07
  • 655 Baxış
İngiltərədə 79 uşağın qaraciyəri eyni vaxtda sıradan çıxıb -  Səbəbi araşdırılır
Böyük Britaniyada 74 uşaqda baş verən qaraciyər iltihabının səbəbi araşdırılır 15.04.2022 10:00


Böyük Britaniyada əksəriyyəti 6 yaşdan aşağı olan 74 uşağa hepatit - qaraciyərin iltihabı diaqnozu qoyulub. Mütəxəssislər bu problemə adenovirusun səbəb olacağını deyir, lakin COVID ehtimalını da istisna etmirlər. Böyük Britaniyanın Sağlamlıq Təhlükəsizliyi Təşkilatı (UKHSA) valideynlərə xəbərdarlıq edir ki, uşaqlarda sarılıq kimi simptomlara diqqət yetirsinlər.

Medicina.az xəbər verir ki, azyaşlı uşaqlarda hepatit hallarının qeyri-adi artımının ilk əlamətləri ötən həftə Şotlandiyada görülüb. İngiltərədə 49, Şotlandiyada 13, Uels və Şimali İrlandiyada 12 hepatit hadisəsi qeydə alınıb.


UKHSA-nın rəsmisi professor Meera Chand bildirir ki, uşaqların qaraciyər iltihabı ilə xəstəxanaya yerləşdirilməsinə səbəb kimi bir neçə mümkün faktor araşdırılır. “Tədqiq etdiyimiz mümkün səbəblərdən biri onun adenovirus infeksiyası ilə əlaqəli olmasıdır. Lakin biz digər səbəbləri də geniş şəkildə araşdırırıq”,- deyə professor bildirib.