İnsan plasentasında toksik mikroplastik tapıldı – “Planetdəki bütün məməlilər təhlükədədir”

  • 2024.02.23 13:24
  • 591 Baxış
İnsan plasentasında toksik mikroplastik tapıldı –  “Planetdəki bütün məməlilər təhlükədədir”
İnsan plasentasında toksik mikroplastiklər tapılıb.

Medicina.az xarici mətbuata istinadən xəbər verir ki, aparılan araşdırmalar bu səbəblə planetdəki bütün məməli canlıların həyatının təhlükədə olduğunu göstərir.

Nyu-Meksiko Universitetindən olan bir qrup araşdırmaçı 62 qadının plasentası üzərində sınaq keçirib və hər birində beş millimetrdən az uzunluqda olan mikroplastiklərin olduğunu müəyyən edib.

Nümunələrdə ən çox tapılan plastiklər (54 faiz) polietilen torba və plastic butulkalarda istifadə edilənlər; 10 faizi isə tikintidə istifadə olunan materiallar və neylondan ibarət olub.

Mikroplastiklər xərçəng, sonsuzluq və demensiya ilə əlaqəli olduğundan, bəzi tədqiqatçılar bunun körpələrin zəif doğulmasına və sonradan daha asan xəstələnməsinə səbəb ola biləcəyindən qorxurlar.

"Əgər biz plasentalarda plastikin təsirləri görürüksə, bu, planetdəki bütün məməlilərin həyatına təsir göstərə bilər. Bu, heç yaxşı hal deyil", - baş araşdırmaçı Metyu Kampen deyib.

Onun sözlərinə görə, atılan plastiklər yeraltı sulara qarışır, bəzən də aerozol halında atmosferə qarışaraq qida və su vasitəsilə bədənlərimizə keçir.

"Bu problem zaman keçdikcə daha da pisləşəcək, çünki mühitimizdəki bütün bu plastiklər dəyişir, mikroplastikə çevrilir və onların təsirləri də artacaq", - Kampen əlavə edib.

Qeyd edək ki, araşdırmanın nəticələri “Toxicological Sciences” jurnalında dərc olunub.

Gül