İnsanın 3 beyni var, onlar birlikdə işləyir - Neyrobiologiyada SENSASİYA

  • 2021.06.03 18:30
  • 4307 Baxış
İnsanın 3 beyni var, onlar birlikdə işləyir   - Neyrobiologiyada SENSASİYA

İnsan düşünüb qərar verəndə təkcə beyninin buna cavabdeh olduğunu düşünür. Bəs nəyə görə deyirik ki, “ürəyimə damıb, ürəyim düşdü, ürəyim hiss edir”?

Son illər neyrobiologiya elmi araşdırmalarla sübut edib ki, insanı idarə edən 3 beyin var. Biri başda, digəri ürək beyni, üçüncüsü bağırsaq beyni.

Medicina.az xəbər verir ki, ürək, baş, bağırsaq arasında mürəkkəb və qarışıq sinir yolları var və onlar birlikdə fəaliyyət göstərir.

Ona görə insan ürəyi ilə qərar verir, həyəcanlananda qarnı ağrıyır, bağırsaqları pozulanda depressiyaya düşür.

İnsan bu 3 beynin hər birini nəzərə almalı, onların hər üçünün sağlamlığının və iti olmasının qeydinə qalmalıdır. Əgər bu 3 beyin arasında əlaqə itməsə, düzgün işləsələr, o zaman insan fiziki və psixoloji baxımdan sağlam ola bilər.

Sage Jurnals adlı elmi dərgidə çap olunan araşdırmaların nəticəsi göstərib ki, bağırsaq, ürək və beyin neyron şəbəkəsi ilə bir-birinə bağlıdır və nəinki birlikdə, hətta ayrılıqda da bəzi prosesləri idarə edib, qərar verə bilər.

Hər 3 beyin informasiyanı alır, saxlayır, yenidən onu təkrar yada salır, qərar verir, informasiyanı təqdim edir.


Baş beyin

Ən vacib orqan, kəllə qutusunda yerləşir. 86 milyard neyronları var. Dil, ünsiyyət, yaddaş, danışmaq, yuxu, hadisəni qavramaq, başa düşmək, dünyanı olduğu kimi anlamaq üçün elektrik impulsları və hormonlar vasitəsilə işləyir.
Burda yaradıcılıq və şüuraltı düşünmə yerləşir.

Bağırsaq beyini

Ən uzun orqandır. 100 milyon neyronlar var. Bağırsaq mühitində yaxşı və pis mikrob, parazitlər yaşayır. Hormonlar, metabolizm, həzm, təzyiq, yuxuda informasiyanın həlli işlərini tənzimləyir.

Depressiya, nevroz, təşviş olan insanlarda həzm sistemində və bağırsaqlarda mütləq problem yaranır. Qıcıqlanmış bağırsaq sindromunun da əsas səbəbi bağırsaq beyininin düzgün işləməməsidir. Bağırsaq beyni neyronların bağırsaqların divarında yerləşir.

Bağırsaq sutkada baş beyinə 400 ismarıc, informasiya ötürür.

Emosiyaların bir bazası da bağırsaqlardadır. Xoşbəxtlik üçün lazım olan serotonin hormonu 90% bağırsaqlarda yerləşir.





Ürəyin beyini

Ürəyinin səsinə, sözünə qulaq asanlar dəqiqliklə əmindir ki, beyin elə ürəkdir. Ürək beyinə daim siqnallar göndərir. Onda 40 min müstəqil neyronlar var. Ürək emosional beyindir. Həyatınızda yaxşı, pis nə baş verirsə, ürək onu həzm edir.

Hər bir beyin ayrılıqda müstəqildir, eyni zamanda birlikdə çalışır. Onların hər biri öyrənir, dəyişir, yaşlaşır və ya yenilənir. İnsanla ünsiyyətdədir.

Hər üç beyin bir birilə orqanizmdə ən uzun böyük sinir olan Azan sinir vasitəsilə əlaqə yaradır. Elə hesab edin ki, bu sinir hansı ki, beynin kötüyündən çıxıb qarına kimi uzanır, bu 3 beyinin telefon naqilidir.

İnsanda bu 3 beyin sağlam və düzgün olduqda, aralarında əlaqə pozulmayanda, Azan sinir düzgün çalışdıqda,insan daha sakit, rahat olur, daha düzgün qərarlar verir, intuisiyası güclü olur. Belə adamlara müdrik deyirlər.