İnsanlar qorxu içində ölkədən qaçır – Britaniyada supervirus xaosu

  • 2020.12.21 14:25
  • 1563 Baxış
İnsanlar qorxu içində ölkədən qaçır  – Britaniyada supervirus xaosu


Covid 19-un yeni daha təhlükəli mutasiyası Britaniyanı iflic vəziyyətə salmaqdadır.

İnsanlar yaşadıqları yeri, xüsusən virusun daha çox yayıldığı cənub-şərqi əyalətlərdən qaçır.


Medicina.az xəbər verir ki, Britaniya səhiyyə naziri yeni mutasiyanın koronavirusun original növündən fərqlənmədiyini, sadəcə daha sürətlə yayıldığını bildirib.

Nəqliyyat naziri isə sərhədlərin bağlanmasına ehtiyac olmadığını, artıq yeni mutasiyanın digər ölkələrə keçdiyini və bunun çoxdan baş verdiyini deyib.

Ölkənin baş naziri Boris Conson vətəndaşlara xüsusi yoluxdurucu mutasiya barədə rəsmi açıqlama verib.
Artıq hökümət təcili toplantılar keçirir.


Baş nazirin çıxışı ölkədə panika yaradıb, insanlar mağaza və iş yerlərini bağlayıb, ölkədən çıxmağa çalışır.


Londonda dekabrın 20-dən ciddi karantin tədbirləri elan edilib. Bu səbəbdən paytaxt sakinlərinin çoxu bazar günü gecə şəhəri tərk etməyə çalışıb. Onlar yeni il gecəsini sərt karantində və evdə qapalı keçirəcəklərindən də qorxub. Ona görə də dəmir yolu vağzalı və aeroporta gedən yollarda uzun tıxaclar yaranıb.