İntihar edən məktəblini xilas edəndə yaralanan gömrükçü sağaldı

  • 2023.07.10 15:47
  • 1408 Baxış
İntihar edən məktəblini xilas edəndə yaralanan   gömrükçü sağaldı
Bir il öncə bədbəxt hadisə nəticəsində xəsarətlər alan gömrük əməkdaşı uğurlu əməliyyatdan sonra tam sağalıb.


"Medicina" xəbər verir ki, 2022- ci il mayın 3-də 11-ci sinif şagirdi yaşadığı binadan özünü atarkən onu tutmağa çalışan Gömrük əməkdaşı Zahid Niyazov ağır zədələr almışdı.

Mərkəzi Gömrük Hospitalına sol kürək sümüyünün parçalı oynaqdaxili yerdəyişmə sınığı və sol dirsəkdə mil sümüyünün başının parçalı yerdəyişmə sınığı ilə əlaqədar Zahid Niyazov üzərində bir neçə əməliyyatlar icra edilib.


Əməliyyatdan keçən 1 il ərzində xəstə mütəmadi olaraq kontrol müayinələrə gəlib, təyin olunan müalicələri vaxtı-vaxtında alıb.

Artıq xəstə özünü yaxşı hiss edir və heç bir şikayəti yoxdur.

Aygün Musayeva