İntim əlaqədən öncə energetik içki içməyin əks-təsiri – Yalançı ehtiras gətirir

  • 2019.10.08 20:08
  • 21330 Baxış
İntim əlaqədən öncə energetik içki içməyin əks-təsiri –  Yalançı ehtiras gətirir

Bir çox kişilər energetik içkiləri içdikdən sonra enerji, güc artdığını düşünüb, əlaqədən öncə də 1-2 qab bu içkilərdən içir. Amma heç də hər şey göründüyü kimi deyil.


Medicina.az energetik içki qəbulundan sonra intim əlaqənin fəsadlarını və əks təsirlərini təqdim edir.


Alimlər kişilərin həddən artıq energetik içki qəbulunun onlarda ürək, diabet və impotensiya yaradacağı barədə həyəcan təbili çalır.


2-3 ədəd energetik içki qəbul edib, seks zamanı eyforiyaya qapılanlar bilsin ki, bu içkidə olan kofein, taurin, quarana bir neçə dəqiqə ərzində güc, enerji, oyanma, şənlik verirsə də, ürək ikiqat yük altında işləyir, sürətlə yığılıb açılır. Bu zaman orqanizm son ehtiyat gücünü xərcləyir və hər an sönmə mərhələsinə yaxınlaşır. 


Kişi orqanizmi ikiqat yük altında olduğu vaxtda üstəlik intim əlaqədə olmaq ürəyi sıradan çıxarır, potensiyanı, eakulyasiyanı zəiflədir, libidonu öldürür. 

Bütün qan damarları ürəyi daha sürətlə işləməyə vadar etdiyi vaxtda intim əlaqə zamanı ereksiya daha tez baş verir və bu hal kişiləri utandıra bilər.

Heç nə olmaz düşünənlər arasında yüksək doza energetik içkidən sonra elə yataqdaca infarkt olanlar çox olur. 

 



Energetik içki ilə seksi qarışdıranlarda sonradan potensiya zəifləməsi, depressiya və əsəb partlayışı olur. 

Belə adamlar yataqda da qadına qarşı laqeyd və kobud olur, sanki beyninin onu idarə etmədiyini hiss edir. 


Təzyiqi qaldıran enegetik içki kişini elə yataqdaca insult həddinə çatdırır.


Bəzi kişilər energetik içkini Viaqra ilə qarışdırır, bu isə ölümə yaxınlaşmaq deməkdir. Yəqin ki, otellərdə orta yaşlı turistlərin elə yataqdaca ölməsi xəbərlərini izləmisiz.


Bəziləri isə elə energetik içkini viaqra əvəzi qəbul edib, onun aldadıcı təsirinə güvənib, sonradan energetik içkinin dozasını artırmadan ehtiraslanmadıqlarını görəcək və beləcə hər dəfə daha çox miqdar tələb edəcək.


Ümumiyyətlə, energetik içki seks içkisi deyil, kişilər bununla eksperiment etməsələr yaxşıdır. 

 


İntim əlaqədən öncə energetik içki içməyin əks-təsiri –  Yalançı ehtiras gətirir
İntim əlaqədən öncə energetik içki içməyin əks-təsiri –  Yalançı ehtiras gətirir