İntim oyuncaqların qadın sağlamlığına faydası

  • 2023.06.20 21:57
  • 1953 Baxış
İntim oyuncaqların qadın sağlamlığına  faydası
Xüsusi intim oyuncaqlardan mütəmadi istifadə qadın sağlamlığına müsbət təsir göstərir.


Qadınlar sağlamlıqlarının qayğısına qalmaq üçün böyüklər üçün oyuncaqlardan istifadə etməlidirlər. Bu fikri Cedar-Sinai Tibb Mərkəzinin (Los-Anceles, ABŞ) tədqiqatçılar qrupu bildirib.



“Medicina” xəbər verir ki, alimlər vibratorların tibbi faydaları ilə bağlı 21 araşdırmanın meta-analizini aparıblar. Nəticədə məlum olub ki, bu cihazların müntəzəm istifadəsi çanaq boşluğunun əzələlərini effektiv şəkildə gücləndirir və sidik qaçırma ilə mübarizəyə kömək edir.


Həmçinin vulvodiniya simptomlarını - vulva və vaginal vestibüldə xroniki ağrıları aradan qaldırır.


Bundan əlavə, mastrubasiya zamanı vibratordan müntəzəm istifadə ümumiyyətlə, qadınların cinsi sağlamlığı üçün faydalıdır, bu, tez orqazma çatmağa, çoxsaylı orqazm əldə etməyə kömək edir, cinsi istəyi və seksdən məmnunluq dərəcəsini artırır.


Müəlliflərin sözlərinə görə, qadın sağlamlığı və rekonstruktiv cərrahlar, eləcə də ümumi praktikantlar üçün xəstələrə vibratordan istifadəni çanaq boşluğu problemlərinin qarşısının alınması və müalicəsi vasitəsi kimi təyin etməyə başlamağın vaxtıdır.


Tədqiqatçılar buna əsaslanaraq, vibratorları yalnız cinsi əlaqə üçün oyuncaq kimi qəbul etmək lazım deyil, onlara tibbi terapevtik vasitə kimi yanaşmağı tələb edir.

Günay Quluzadə