Cinsi əlaqə zamanı insanlarda endorfin ifraz edilir - ARAŞDIRMA

  • 09 Oktyabr, 2019
  • 44058 Baxış
Cinsi əlaqə zamanı insanlarda endorfin ifraz edilir - ARAŞDIRMA

 

İrlandiyalı mütəxəssislər araşdırmalar zamanı müəyyən ediblər ki, seks bir çox xəstəliklərin təbii çarəsidir.

Ekspertlərin fikrincə, müntəzəm olaraq cinsi əlaqədə olmaq ürək damar sistemi xəstəliklərinin qarşısını almaq üçün olduqca təsirlidir. Xüsusilə də bu, bir qədər yaşlı kişilərə aiddir. Səbəb isə budur ki, cinsi əlaqə zamanı ürəyin fəaliyyəti aktivləşir və qan dövranı sürətlənir.

Tibb işçiləri həmçinin bildirirlər ki, cinsi əlaqə qanda insulinin normallaşmasını təmin edir və bu da diabet xəstələri üçün çox faydalıdır.
Bunlardan başqa, intim əlaqə əzələ gərginliyinin aradan qaldırılması, yaddaşın möhkəmlənməsi və emosional vəziyyətin yaxşılaşması üçün də yararlıdır.

İntim əlaqə zamanı ağızda, yəni tüpürcəkdə mikrob əleyhinə maddə ifraz olunur. Həmin maddə ağız boşluğunda olan bakteriyaların məhvi üçün çox effektivdir. Buna görə də, seksi həmçinin diş ətinin profilatikası da adlandırmaq olar.

İntim akt zamanı insanlarda xoşbəxtlik hormonu  – endorfin ifraz edilməyə başlayır. Bu hormon ağrını yüngülləşdirməyə kömək edir.