İran koronavirusa görə sərt lokdauna gedir- "Biz buna məcburuq"

  • 2020.11.17 13:34
  • 1116 Baxış
İran koronavirusa görə sərt lokdauna gedir - "Biz buna məcburuq"

Koronavirusdan ölənlərin sayının kəskin artması səbəbindən şənbə günündən ilk dəfə tam lokdauna gedir.

Medicina.az xəbər verir ki, xəstəxanalar xəstə axını qarşısında tab gətirə bilmir.

“Hökumətin başqa yolu yoxdur, bu dağıdıcı virusla mübarizəyə görə lokdaun tətbiq etməliyik- deyə Həsən Ruhani bildirib. – Mən üçüncü dalğa ilə əlaqədar tam mobilizasiya elan edirəm”.

Hər şəhər və rayona uyğun öz məhdudiyyətləri olacaq. Ölkədaxili əhalinin yerdəyişməsi 2 həftə qadağan edilir.

Yalnız aptek və ərzaq dükanları işləyəcək.