İranda 371 nəfər koronavirusdan öldü

  • 2020.11.30 15:01
  • 1116 Baxış
İranda 371 nəfər koronavirusdan öldü
İranda ötən sutka ərzində 371 nəfər koronavirusdan (COVID 19) ölüb.

Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib. Onun sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 48 264 nəfərə çatıb.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 13 321 nəfər koronavirusa yoluxub. Beləliklə, İranda bu virusa yoluxanların sayı 962 070 nəfərə yüksəlib.