İranda dördüncü dalğa başladı - Ruhani açıqladı

  • 2021.04.04 00:41
  • 1467 Baxış
İranda dördüncü dalğa başladı -  Ruhani açıqladı
İranın iki əyalətində koronavirus pandemiyasının dördüncü dalğası başlayıb.

Bu barədə İran Prezidenti Həsən Ruhani bildirib.


"Təəssüflər olsun ki, iki əyalətdə dördüncü dalğa başlayıb. Tibbi qaydalara əməl edilməsə, digər əyalətlərdə də dördüncü dalğa başlaya bilər" - deyə Ruhani vurğulayıb.

Qeyd edək ki, İranda bu günədək 1 920 394 nəfər koronavirusa yoluxub, 62 999 nəfər dünyasını dəyişib.