İranda koronavirusdan ölüm halları 38 faiz artıb

  • 2021.08.02 16:30
  • 1092 Baxış
İranda koronavirusdan ölüm halları 38 faiz artıb

"Ölkənin şəhərlərinin 90 faizində koronavirusun yayılması təhlükəli həddədir".

Medicina.az xəbər verir ki, bunu İranın səhiyyə nazirinin müavini İrəc Hərirçi Dövlət Televiziyasına müsahibəsində deyib.

İranda ötən sutkada koronavirusdan 210 nəfər ölüb
İranda cümə axşamı günləri dövlət idarələri və təşkilatların fəaliyyəti dayandırılacaq

Nazir müavini qeyd edib ki, əgər sağlamlıq protokollarına əməl olunmazsa, gündəlik ölüm sayı 800 nəfərə də çata bilər.

İ.Hərirçi qeyd edib ki, İranda koronavirusdan ölüm halları 38 faiz artıb və ölənlərinin sayının artma tempi də davam edir.

Onun sözlərinə görə, ölkədə sağlamlıq protokolları 39 faiz əməl olunur.