İranda koronavirusun yeni dalğası gözlənilir- Dəqiq vaxt

  • 2020.05.27 17:01
  • 2679 Baxış
İranda koronavirusun yeni dalğası gözlənilir - Dəqiq vaxt

İran koronavirus infeksiyasının yeni dalğasına hazırlaşır.

Medicina.az xəbər verir ki, bu barədə İran Prezidenti Həsən Ruhaninin açıqlama verib.

Yeni infeksiya dalğasının payızda başlayacağı təxmin edilir.

Ruhani bildirib ki, yeni mümkün dalğaya hazırlıq üçün bütün səyləri səfərbər etmişik.

O, həmçinin ölkədə koronavirusun yayılmasının lokallaşmağa yaxın olduğunu da qeyd edib.

Prezidentin sözlərinə görə, pik mərhələ keçsə də, pandemiyanın keçməsinə hələ çox var.

Buna görə də o, COVID-19-un yayılmasının bu ilin sonunadək bitməyəcəyi üçün hazırlıqlı olmağa çağırıb.