İranda pandemiyanın 7-ci dalğası başlayıb

  • 15 İyl 2022 08:51
  • 701 Baxış
İranda pandemiyanın  7-ci dalğası başlayıb
İranda koronavirus pandemiyasının yeddinci dalğası başlayıb.

Bu barədə İranın səhiyyə naziri Bəhram Aynullahi bildirib.

Nazirin sözlərinə görə, pandemiyanın bitdiyi barədə düşünmək çox yanlışdır. Bəhram Aynullahi deyib ki, COVID illərlə qalacaq bir virusdur.

“Peyvəndlənməni düzgün aparmayan ölkələr var. Bu ölkələrdə insanların təhlükəsizliyi aşağı səviyyədədir”,- deyə iranlı nazir bildirib.

O bildirib ki, virus mövcud olduqda mutasiyaya uğrayır və bütün ölkələrə təsir edir.