İranda “Sputnik V” istehsal olunacaq

  • 2021.03.27 10:26
  • 1411 Baxış
İranda “Sputnik V” istehsal olunacaq
İran aprel ayında Rusiya ilə “Sputnik V” koronavirus peyvəndinin ortaq istehsalına öz ərazisində başlaya bilər.

Medicina.az xəbər verir ki, bunu İranın Moskvadakı səfiri Kazım Cəlali deyib:

“Birgə istehsal aprel ayında başlayacaq və iki İran şirkəti indi bu məsələ ilə məşğul olur. Hesab edirəm ki, gələn həftə ərzində peyvənd hüceyrələri Rusiyadan İrana göndəriləcək”.

Cəlalinin sözlərinə görə, ilkin mərhələdə ay ərzində 9 milyon dozaya qədər peyvəndin istehsal edilməsi planlaşdırdırılır.