İranda virusa yoluxanların sayı azalmır - 140 mini ötdü

  • 2020.05.27 14:21
  • 740 Baxış
İranda virusa yoluxanların sayı azalmır  - 140 mini ötdü

İranda koronavirusa yoluxanların sayı artıb.

Medicina.az xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur bildirib.

Onun sözlərinə görə, ölkədə daha 2 080 nəfərdə koronavirus aşkarlanıb. Bununla da İranda yoluxma faktlarının sayı 141 591-ə çatıb.

K.Cahanpur bildirib ki, ölkədə koronavirusdan ölənlərin sayı daha 56 nəfər artaraq 7 564 nəfərə yüksəlib.

O, həmçinin 2 551 pasiyentin vəziyyətinin ağır olduğunu vurğulayıb.