Bu ölkədə evtanaziyaya rəsmən icazə verildi

  • 2021.03.29 18:57
  • 1937 Baxış
Bu ölkədə evtanaziyaya rəsmən icazə verildi
İspaniya konqresi evtanaziya barədə qanunu qəbul etdi. Qanunun lehinə 350 deputatdan 206-sı səs verib.

Medicina.az xəbər verir ki, ölkənin səhiyyə naziri Darias qanunun qəbulunun hər bir vətəndaşın həyatında və ölkə tarixində vacib bir məqam olduğunu bildirib.

Evtanaziya – çox ağır və həkimlərin sağalma şansı vermədiyi xəstənin öz istəyi ilə öldürülməsinə, yəni tibbi inyeksiya ilə həyatının sonlandırılmasına icazədir.

Hazırda ABŞ, Kanada, Niderland, Kolumbiya və Belçikada bu addım leqaldır. Digər ölkələrdə isə qadağandır.
Qanundan ancaq 18 yaşını keçmiş insanlar yararlana bilər.

Hər ölmək istəyənə bu şans verilmir. Həkimlər və psixoloqlar qrupu xəstəni və vəziyyəti 4 həftə dəyərləndirir. İnsan son ana kimi istəyini təsdiqləməlidir. İmtina etdiyi halda evtanaziya həyata keçirilmir.