Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İsrail 2 həftəlik sərt karantinə keçir

  • 2021.01.06 09:23
  • 1340 Baxış
İsrail 2 həftəlik sərt karantinə keçir


İsrailin Baş naziri Binyamin Netanyahu ölkənin Səhiyyə Nazirliyi ilə birlikdə iki həftəlik karantin tətbiq edildiyini açıqladı.

Bu barədə "Times of Israel" yazır.

İsrail hökuməti bu təşəbbüsü koronavirus infeksiyasına yoluxma sayının artması fonunda təsdiqləyib.

Tədbir 7 yanvar tarixindən qüvvəyə minəcək.

Netanyahu həmçinin "Twitter"də pisləşən epidemioloji vəziyyətə görə dünyanı ciddi nəticələr gözləməsi barədə xəbərdar edib: "Koronavirusun britaniya mutasiyası səbəbindən yüksək sürətlə yayılan qlobal bir pandemiyanın qızğın çağındayıq".