İsraildə karantin müddəti qısaldıldı

  • 2021.07.14 11:12
  • 1032 Baxış
İsraildə karantin müddəti qısaldıldı
İsrailin Koronavirusla mübarizə kabineti neqativ test nəticələrinə malik şəxslər üçün karantin müddətinin 7 günədək azaldılması qərarını təsdiqləyib.

Medicina.az xəbər verir ki, bu barədə İsrail hökuməti dəftərxanasının rəhbəri məlumat verib.

“Karantin müddətinin qısaldılması dedikdə 7-ci gün test verdikdən və neqativ nəticə aldıqdan sonra karantindən azad edilmə nəzərdə tutulur. Eyni zamanda, karantin qaydalarını pozan şəxslərə qarşı ehtiyat tədbirləri gücləndiriləcəkdir”, - məlumatda deyilir.

Bununla maska taxılması, həmçinin vaksinləmə və böyük tədbirlər zamanı ehtiyat tədbirlərinə riayət məsələlərinə nəzarəti gücləndirmək barədə qərar qəbul olunub.