İsraildə koronavirusa yoluxanların sayı artdı

  • 2020.05.16 16:45
  • 1952 Baxış
İsraildə koronavirusa yoluxanların sayı artdı

İsraildə koronavirusa yoluxanların sayı 16 606 nəfərə çatıb.

Medicina.az xəbər verir ki, bu barədə məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.

Son sutkada ölkədə 17 yeni yoluxma, 1 ölüm hadisəsi qeydə alınıb. Bununla da koronavirusdan ölənlərin ümumi sayı 267-yə çatıb. İndiyədək 12 820 pasiyent sağalıb.

İsraildə hələlik çimərliyə getmək qadağası qüvvədədir. Ancaq onun da tezliklə aradan qaldırılacağı gözlənilir. Bəzi ictimai iaşə müəssisələrinin fəaliyyəti bərpa olunub.
İsraildə koronavirusa yoluxanların sayı artdı