İsraildə kütləvi peyvəndlənmə başlandı

  • 2020.12.20 12:21
  • 1463 Baxış
İsraildə kütləvi peyvəndlənmə başlandı
Bazar günü səhər İsraildə vətəndaşların koronavirusa qarşı kütləvi peyvəndlənməsinə başlanılıb.

Birinci mərhələdə tibb işçiləri, tibb universitetlərinin tələbələri və geriatrik mərkəzlərin əməkdaşları, eləcə də bələdiyyələrin və hakimiyyət orqanlarının nümayəndələri peyvənd olunacaq. Onlar bu şəkildə ölkə vətəndaşlarına nümunə göstərməyə çalışır.

Bundan başqa bu gün İsrail prezidenti Reuven Rivlin və ordunun Baş Qərargah rəisi Aviv Kohavi də peyvənd olunacaq.

Qeyd edək ki, dünən İsrail Baş naziri Benyamin Netanyahu ABŞ-ın “Pfizer” şirkətinin preparatı ilə peyvənd edilmişdi.