İsraildə peyvənd olunanların 18 faizi yenidən yoluxdu

  • 2021.01.15 17:56
  • 1643 Baxış
İsraildə peyvənd olunanların 18 faizi yenidən yoluxdu

İsrail Səhiyyə nazirliyinin ictimai səhiyyə şöbəsinin rəhbəri Şaron Prays ötən gün mətbuata ölkədə peyvənddən sonra koronavirusa yoluxmanın statistikası barədə məlumat verib.

Medicina.az xəbər verir ki, 17% ağır xəstələr vaksinin birinci dozasını alanlardır.

“Artıq 26 gündür ki, ölkədə kütləvi vaksinasiya gedir. 1,5 milyon nəfər artıq peyvənd olunub. 12 yanvarda ölkədə yoluxma göstəricisi npvbəti rekorduna çatıb. sutkada 9500 nəfər.Biz yoluxmanın pikindəyik”.

Səhiyyə rəsmisi ağır xəstələrin də kəskin artmasına diqqət çəkib:

“300 pasiyent kritik vəziyyətdədir. Onların 17%-I artıq vaksin olunmuşlardır. Onlar ikinci dozanı almağa çatmamış xəstələndilər. Amma birinci doza da ağır gedişatın qarşısını almadı. Orqanizmə vaksindən sonra antitel üçün vaxt lazımdır, yoluxma isə azalmır”.