İştahı kəsən çaylar: ayda 5 kq arıqlamağın asan yolu

  • 2024.03.26 20:36
  • 452 Baxış
İştahı kəsən çaylar: ayda 5 kq arıqlamağın asan yolu
Arıqlamaq prosesi kifayət qədər çətin olsa da, bəzi bitkilər və qidalar sayəsində asanlaşdırıla bilər.

Mütəxəssislər şirniyyat və aclıq böhranına son qoyan bitkiləri sadalayıblar. İştahı anında kəsən və hazırkı çəkinizdən asılı olaraq ayda beş kiloqrama qədər arıqlamağınıza imkan verən bu bitkilər immuniteti də gücləndirir.

Medicina.az iştah kəsən bitki çaylarını təqdim edir:

Zəncəfil çayı:

Həzmi asanlaşdıran zəncəfil çayı maddələr mübadiləsini sürətləndirərək yağları əridir. Zəncəfil çayı həm də immunitet sistemini gücləndirir və bədənin müqavimətini artırır.

Hibiskus çayı:

Qan təzyiqini tənzimləyən hibiskus çayı bədəndəki ödemi aradan qaldırır. Bu çay eyni zamanda yağları yandırır. Gündə 1 stəkan hibiskus çayı içmək ayda beş kiloya qədər yağ itkisinə səbəb ola bilər.

Yaşıl çay:

Maddələr mübadiləsini sürətləndirən yaşıl çayın yağ yandırılmasını da asanlaşdırdığı bilinir. Antioksidantlarla zəngin olan yaşıl çay uzun müddət toxluq hissini təmin edərək şirniyyat istəyinin də qarşısını alır.

Mate çayı:

Həzm sisteminin fəaliyyətini sürətləndirən mate çayı enerji səviyyəsini artırır, toxluq hissini təmin edərək gün ərzində qəbul edilən kalorilərin sayını azaldır.

Darçınlı çay:

Qan şəkərini tarazlaşdıran darçınlı çay gün ərzində bir stəkan istehlak edildikdə iştahı idarə edir və maddələr mübadiləsini sürətləndirir.

Nanə çayı:

Mədəni sakitləşdirici təsiri ilə tanınan nanə çayı iştahı azaldır və maddələr mübadiləsini sürətləndirir.

Razyana çayı:

Şişkinlik və ödem problemlərinin mükəmməl həll yolu olan razyana çayı iştahı kəsərək həzm sistemini tənzimləyir.



Aysel