İstanbulda təhsil alan azərbaycanlı tələbə xərçəngdən vəfat etdi

  • 2023.12.27 15:17
  • 857 Baxış
İstanbulda təhsil alan azərbaycanlı tələbə  xərçəngdən vəfat etdi
Qan xərçəngi ilə mübarizə aparan azərbaycanlı tələbə İbrahim Fərhadlı Türkiyədə xəstəlikdən vəfat etdi.


"Medicina" xəbər verir ki, onun müalicəsi üçün həm Azərbaycan, həm Türkiyədə yardımlar toplanırdı. Hətta Beşiktaş klubu da Fərhada dəstək göstərmişdi.

“Beşiktaş” futbolçuları imzaladıqları formanı İ.Fərhadlıya göndərmişdilər.

Özəl klinikada müalicələrə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

O, doğulduğu Ağdaş rayonunda dəfn edilib.

Allah rəhmət eləsin!