Çəki idarə etmək üçün düzgün qidaları seçmək çox vacibdir. Lif, zülal və sağlam yağlarla zəngin balanslaşdırılmış pəhriz sizi daha uzun müddət tox hiss etdirir və lazımsız kalori qəbulunun qarşısını alır.
Medicina.az xəbər verir ki, bəzi qidalar, aşağı kalorili sıxlığı və yüksək qida dəyəri sayəsində həm doyurur, həm də çəki artımının qarşısını alır.
Lif, zülal və sağlam yağlarla zəngin olan bu qidalar maddələr mübadiləsini dəstəkləyir.
1. Xiyar
Tərkibində 95% su olan xiyarın kalorisi azdır və qarnı doldurur, toxluq hissi verir.
C və K vitaminləri ilə zəngin olan xiyar qəlyanaltı və ya salatlarda istifadə edildikdə gün ərzində sizi tox saxlamağa kömək edir.
2. Gül kələmi
Lif və C vitamini ilə zəngin olan gül kələminin kalorisi azdır.
Qaynadılmış və ya buxarda hazırlanmış, qida dəyərini qoruyur və çəki idarə etməyə kömək edir.
Müxtəlif reseptlərdə tərəvəz əvəzinə istifadə edildikdə, yeməkləri daha dolğun edir.
3. Qatıq və kefir
Zülal və probiyotiklərlə zəngin olan qatıq və kefir həzmi dəstəkləyir və daha uzun müddət toxluq hissini saxlayır.
Şəkərsiz və sadə məhsulların seçilməsi qəlyanaltılar zamanı kalori qəbulunu idarə etməyə kömək edir və bağırsaq sağlamlığını dəstəkləyir.
4. Yumurta
Tərkibində yüksək keyfiyyətli zülal olan yumurta gün ərzində xüsusilə səhər yeməyində daha az kalori qəbul etməyə kömək edir.
Qaynadılmış yemək daha məsləhətlidir.
5. Brokoli
Brokoli lif və C vitamini ilə zəngindir, aşağı kalorilidir.
6. Paxlalılar (mərci,noxud)
Lif və zülalla zəngin olan paxlalılar həzmi yavaşladır və toxluğu artırır.
Qaynadılmış və ya şorbada istehlak edildikdə balanslı yemək yaradırlar.
7. Balıq (Somon sardina)
Omeqa-3 yağ turşuları ilə zəngin olan qızılbalıq və sardina sağlam yağların mənbəyidir.
Mütəxəssislər həftədə bir neçə dəfə masanıza əlavə etməyi məsləhət görürlər.
Aygün
Medicina.az