İsti havada araq qanı laxtalandırır – Narkoloq

  • 2026.06.30 23:42
  • 70 Baxış
İsti havada  araq  qanı laxtalandırır  – Narkoloq


İstidə pivə, araq və digər spirtli içkilər içmək susuzluğa, yüksək təzyiqə, ürək-damar xəstəliklərinin kəskinləşməsinə və qan laxtalanmasına səbəb ola bilər.


Medicina.az xəbər verir ki, Moskvanın baş narkoloqu Anton Masyakin bu barədə danışıb.

"İnsult və infarktla əlaqəli təhlükəli ağırlaşmalar inkişaf edə bilər. Çünki istidə tərləyirik, qan qatılaşır və buna görə də qan laxtaları daha asan əmələ gəlir. Əlavə spirtli içki qəbulu isə ilkin qeyri-kafi damar reaksiyasına səbəb olur və prosesi ağırlaşdırır".

Asılılıq üzrə mütəxəssisin sözlərinə görə, spirtli içki həmçinin sidikqovucu təsirə malikdir və maye itkisinə səbəb olur. İsti havada, bədən artıq çoxlu maye itirdikdə, bu, kritik susuzlaşma və elektrolit balansının pozulmasına əhəmiyyətli risk yaradır.

Bundan əlavə, isti havada spirtli içkilərin yağlı qidalarla, və ya qızardılmış kolbasa ilə birləşdirilməsi bədənə, xüsusən də qaraciyər və mədəaltı vəzə stress yaradır.

Aygün Musayeva