Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İsti havada çox yorğunsuz ?– Səbəbi bu xəstəlik ola bilər

  • 2025.06.07 16:26
  • 166 Baxış
İsti havada çox yorğunsuz ? – Səbəbi bu xəstəlik ola bilər


İsti havalarda yorğunluq dağınıq sklerozun əlaməti ola bilər.


“Medicina” xəbər verir ki, Böyük Britaniyanın Milli Səhiyyə Xidmətinin baş həkimi Asif Əhməd xəbərdarlıq edib.


Doktor Əhməd qeyd edib ki, dağınıq sklerozlu xəstələr tez-tez fiziki fəaliyyətdən, saunaya getdikdən və ya isti vanna qəbul etdikdən sonra baş ağrısı, başgicəllənmə və ya digər simptomların şiddətlənməsindən şikayət edirlər.


Bu vəziyyət Uhthoff fenomeni kimi tanınır, istiliyin təsiri altında sinir liflərində sinir impulslarının keçiriciliyinin pisləşməsi.


Bu fenomen sinirlərin izolyasiyasının pozulması ilə əlaqələndirilir, buna görə bədən istiliyinin artmasına xüsusilə həssas olurlar.


Həkimin sözlərinə görə, dağınıq sklerozlu insanların 60-80%-i bu təzahürü yaşayır.


Bu cür simptomların olması mütləq bir insanın bu xəstəliyə sahib olduğunu ifadə etməsə də, belə bir reaksiya müayinə üçün bir səbəb ola bilər.

O, istidə sağlamlığının pisləşdiyini görən hər kəsi sinir sistemində mümkün problemləri istisna etmək üçün mütəxəssisə müraciət etməyə çağırıb.


Doktor Əhməd xatırladıb ki, dağınıq skleroz beyin və onurğa beynindəki sinir hüceyrələrinin membranlarının zədələndiyi xroniki xəstəlikdir. Sonrakı mərhələlərdə bu, ciddi fəsadlara səbəb olur: əzələ zəifliyi, nəfəs alma və udma çətinliyi.


Aygün Musayeva