İsti havalarda mədə problemləri buna görə artırmış… - Bəsit həll yolu

  • 2024.05.01 12:39
  • 506 Baxış
İsti havalarda mədə problemləri buna görə artırmış… -  Bəsit həll yolu
Havalar isinməyə başlayanda maye istehlakı da əhəmiyyətli dərəcədə artır. Belə halda, gündəlik maye ehtiyacını qarşılamağa çalışan bir çox insan su əvəzinə daha rəngli və ləzzətli içkilərə üstünlük verir.

Medicina.az xəbər verir ki, qastroenteroloq Mustafa Kaplan bu vəziyyətin müəyyən narahatlıqlar yarada biləcəyinə diqqət çəkib. O, qazlı içkilərin mədəyə zərərləri olduğunu bildirirək xüsusilə reflüks xəstələrinə bu cür içkilərdən uzaq durmağı tövsiyə edib:

“Bu xəstələrin mədə qapağının problemli olduğunu və mədə turşusunun yuxarıya doğru daşdığını nəzərə alsaq, xəstə əlavə qazlı içkilər qəbul edərsə, reflüks şikayətləri artacaq. Bunun əvəzinə xəstələrə bol su istehlak etməyi tövsiyə edə bilərik”.

Həkim mədə xəstəliyi olmayanların da bu cür içkilərdən mütəmadi istifadəsi nəticəsində zamanla problemlə üzləşə biləcəklərini vurğulayıb:

“Qazlı içkilər mədədə qastrit riskini xeyli artırır. Son illərdə xüsusilə yaz-yay aylarında reflüks, qastrit və xora kimi halların artdığını görürük. Ona görə də hər kəsə bu içkiləri məhdudlaşdırmağı tövsiyə edirik”.


Aysel