İsti hava gecə yuxusunu ciddi şəkildə poza bilər. Həkim Jerald Kierzek bildirir ki, 1-3 gecə yuxunun pozulması adətən ciddi problem yaratmır. Lakin 3-5 gecə ardıcıl olaraq 5-6 saatdan az yatmaq artıq narahatlıq doğurmalıdır.
Medicina.az xəbər verir ki, gün ərzində güclü yuxululuq, diqqət və yaddaş problemləri, əsəbilik, davamlı baş ağrısı, ürəkdöyünmə, halsızlıq, qusma və çaşqınlıq kimi əlamətlərə diqqət etmək lazımdır.
Həkim yatmazdan əvvəl otağı sərinlətməyi, gün ərzində kifayət qədər su içməyi, ilıq duş qəbul etməyi və yüngül pambıq geyimlərdən istifadə etməyi tövsiyə edir. Axşam saatlarında ağır yeməklərdən, alkoqoldan və kofeindən uzaq durmaq da məsləhətdir.
Yuxu problemi bir həftədən çox davam edərsə və ya vəziyyət pisləşərsə, həkimə müraciət etmək tövsiyə olunur.
Xanım,
Medicina.az