İtaliya yığmasının baş məşqçisi koronavirusa yoluxdu

  • 2020.11.06 22:21
  • 22389 Baxış
İtaliya yığmasının baş məşqçisi koronavirusa yoluxdu
Futbol üzrə İtaliya milli komandasının baş məşqçisi Roberto Mançini COVID-19-a yoluxub.

Qeyd edilir ki, mütəxəssis simptomsuz virusun daşıyıcısıdır və hazırda Romadakı evində təcridetmədədir. Məşqçi karantinin müddətinin başa çatmasından sonra işə başlayacaq.

Xatırladaq ki, Mançini oktyabrın sonlarında özünün instaqramdakı səhifəsində koronavirus pandemiyası mövzusunda satirik şəkil paylaşıb. Fotoda tibb bacısı xəstəxanadakı pasiyentdən soruşub: "Siz necə yoluxdunuz?".

O cavab verir: "Xəbərlərə baxırdım". İtaliya yığmasının baş məşqçisinin paylaşımı sosial şəbəkə istifadəçilərinin reaksiyaları ilə qarşılaşıb. Mançini bundan sonra paylaşımına yazılan şərhləri bağlayıb.

Roberto Mançini Peterburq 2018-ci ildə "Zenit"indən getdikdən İtaliya yığmasına başçılıq etməyə başlayıb.