İtkin düşən nazir tapıldı

  • 2021.05.10 16:53
  • 1967 Baxış
İtkin düşən nazir tapıldı
Rusiyanın Omsk vilayətinin səhiyyə naziri Aleksandr Muraxovski sağ tapılıb.

Medicina.az Axar.az-a istinadla xəbər verir ki, bu məlumatı Omsk hökumətinin mətbuat xidməti yayıb.

Məlumata görə, o, normal vəziyyətdədir və xəstəxanada yoxlamalardan keçir.

Qeyd edək ki, Muraxovski 7 mayda ova getmiş və yoxa çıxmışdı.

Muraxovski Omskun səhiyyə naziri təyin edilməzdən öncə Navalnının müalicə edildiyi xəstəxananın baş həkimi kimi çalışıb.