İyun ayı üçün 190 manat veriləcəkmi? – RƏSMİ

  • 2020.06.04 17:30
  • 3369 Baxış
İyun ayı üçün 190 manat veriləcəkmi?    –  RƏSMİ

Vətəndaşları maraqlandıran iyun ayı üçün 190 manat birdəfəlik ödəmənin olub-olmamasıdır.

Karantin rejiminin uzadılması və həftə sonları qapanma qərarından sonra 190 manatı alanlara 3-cü ay üçün bu vəsait veriləcəkmi.

Medicina.az xəbər verir ki, TƏBİB sədri brifinqdə bu məsələyə aydınlıq gətirib.

“Bu qərar uzunmüddətli, 1 ayadək sərt karantin, iş yerlərinin qapanması ilə bağlı qəbul edilmişdi. Hazırda bütün iş yerləri açıqdır, insanlar işə qəbul ola, işləyə və iş rejiminə davam edə bilərlər. Həftə sonları və bayram günləri də iş olmadığı üçün həftəsonları qapanmaya görə iyun ayı üçün 190 manat verilməsi gözlənilmir. Bu məsələ gündəmdə deyil”.