“İyuna kimi yoluxmalar belə davam edəcək” – Rusiyalı baş həkim

  • 2020.11.06 17:41
  • 1692 Baxış
“İyuna kimi yoluxmalar belə davam edəcək”  – Rusiyalı baş həkim


Komunnarka xəstəxanasının baş həkimi Proçenko pandemiyanın bitmə tarixi barədə öz proqnozunu açıqlayıb.


Medicina.az xəbər verir ki, Denis Proçenko koronavirus pandemiyasının 2021-ci ilin iyun ayına kimi davam edəcəyini deyib.


“Çox ümid edirəm ki, iyunda bitəcək. Biz bu barədə çox düşünürük. Pandemiyanın zəifləməsi, bitməsi bəzi şərtlərdən asılıdır: karantin, qorunma və vaksin.


Üçüncü dalğa martda başlayıb, iyuna kimi davam edəcək. Peyvəndi tez tapsaq, dünya pandemiyadan daha tez qurtula bilər”.